• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 09.06.2022 12:15

Gəncədə piyada yol-nəqliyyat hadisəsi zamanı ölüb

KepezTV Player

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 1997-ci il təvəllüdlü Röyal İsmayılovun idarə etdiyi KİA markalı minik maşını yolu keçmək istəyən piyadanı - 1982-ci təvəllüdlü Şöhrət Namazovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.