• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 08.06.2022 11:23

Qəza nəticəsində avtomobil 2 yerə bölünüb

KepezTV Player

Biləsuvar rayonunda yol qəzası baş verib. Hadisə Nizami küçəsində qeydə alınıb. Belə ki, "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Daha sonra zərbənin təsirindən "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb. Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.