• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 08.06.2022 11:18

"Cəbhədə ciddi irəliləyiş yoxdur"

KepezTV Player

Rusiya fevralda başlatdığı müharibə nəticəsində 31 mindən çox hərbçisini itirib.Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə,  işğalçı ölkənin hər gün itirdiyi əsgər sayı 300-ə yaxındır. O, eləcə də əlavə edib ki, Ukrayna qüvvələri hazırda Severodonetsk və Lisiçansk şəhərlərini müdafiə etməyə çalışır. Son 24 saatda heç bir tərəf ciddi irəliləyişə nail olmayıb.

Volodimir Zelenski Ukrayna Prezidenti: Ukraynada cəbhə xəttindəki vəziyyətdə ciddi dəyişiklik yoxdur. Donbasın qəhrəmancasına müdafiəsi davam edir. Qaynar nöqtələr yenə də ilk növbədə Severodonetsk, Lisiçansk, Popasnadır. Onlar indi Xerson bölgəsində etdikləri kimi Donbas istiqamətində də əlavə resurslar yerləşdirməyə çalışırlar. Lakin işğalçı kontingentin əksəriyyəti artıq başa düşüb ki, onların Ukrayna ilə bağlı perspektivləri yoxdur.