• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2008
— 07.06.2022 19:57

Elmi Tədqiqat İnstitutunda ilk dəfə olaraq barama istehsal olunacaq

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun tarixində ilk dəfə olaraq baramanın yetişdirilməsinə başlanılıb. Tutipəkqurdları üzərində elmi təcrübələr aparılaraq yeni labaratoriyanın yaradılması da prespektiv plandadır.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əsas mandatına bitki mühafizə və texniki bitkilər yəni pambıq, çuğundur günəbaxan üzərində elmi tədqiqat işləri aparmaq daxildir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İpəkçilik İnstitunun işçiləri tərəfindən elmi-tədqiqat müəssisəsində tut ipəkqurdaların bəslənməsinə başlanılıb.

Tutipəkqurdların saxlanması üçün institutda 3 xüsusi otaq ayrılıb. Burada havalandırma, tempuratur, xəstəliklər və zərərvericilər qarşı xüsusi diqqət yetirilir.

İnstitutda tut ipəkqurdlarının bəslənməsi üçün yem bazası yaradılır. Gələcəkdə əsas hədəflərdən biri də burada elmi təcrübələr apararaq yeni barama sortlarını yaratmaqdır.

 

Elnur Vahidoğlu