• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 07.06.2022 16:34

IV sinif şagirdlərinin imtahanı monitorinq edilib

KepezTV Player

Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində imtahan monitorinqi keçirilib. Gəncə-Daşkəsən regional təhsil idarəsi üzrə isə 236 təhsil müəsisəsinin 8186 nəfər IV sinif şagirdi də bu prosesdə iştirak edib. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi keçirilən imtahan monitorinqin əsas məqsədlərindəndir. Şagirdlərə tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları, riyaziyyatdan ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimalı əhatə edib. Təhsil alanlara 120 dəqiqə ərzində tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyatdan isə 27 qapalı və 3 açıq sual təqdim olunub.