• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 05.06.2022 19:40

Yazıçı Elxan Elatlının "imza günü" keçirilib

Gəncədə tanınmış yazıçı Elxan Elatlının imza günü keçirilib. 44 günlük Vətən müharibəsində  qazanılan qələbəyə həsr edilən "Alternativ əməliyyat" və ailə faciəsindən bəhs edən "Susan qadın" romanları oxuculara təqdim edilib. 100-ə yaxın sakinin iştirakı ilə baş tutan görüşdə yazıçı oxucuları maraqlandıran suallara cavab verib. 30-dan çox kitabın müəllifi olan Elxan Elatlı Gəncə kitabsevərlərinin diqqətindən razılıq edib, yeni kitab üzərində çalışacağının xəbərini verib.