• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 05.06.2022 20:09

Problemi ictimailəşən bina sakinləri sevinclidir

Kəpəz Televiziyasının Xəbərlər departamentinin kollektivi olaraq siz sakinlərin daha bir probleminin həllinə nail olduq. Belə ki, ötən buraxılışlarımızın birində Atatürk prospektində yerləşən 8 saylı binanın dam örtüyünün tamami ilə yararsız halda olduğunu, yağış yağanda sakinlərin çıxılmaz vəziyyətdə qaldığını göstərdik. Məsələnin aktuallığı və vəziyyətin çıxılmaz olduğu nəzərə alınaraq buna tez bir zamanda reaksiya bildirilib və problemin həllinə başlanılıb.

Təxminən 20 gün əvvəl Gəncənin Atatürk prospekti bina 8-də yaşayn sakinin dilindən səslənmişdi bu sözlər. Dam örtüyünün yararsız vəziyyətdə olmasının mənzillərdə yaşamaq şəraiti qoymadığına diqqət çəkənlərin indi problemin həll olunmasına sevinirlər. Artıq yararsız halda olan dam örtüyünün söküntüsü yekunlaşmaq üzrədir.

Ötən əsrin 60-cı illərində inşa edilən və 70-ə yaxın ailənin yaşadığı binada yaxın günlərdə yeni dam örtüyünün vurulmasına başlanılacaq. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün lazımı işçi qüvvəsi və texnika ərazidə çalışır. Bununla paralel şəhərin digər ərazilərində olan çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilir.

İlin əvvəlindən indiyə kimi Gəncədə ümumilikdə 220-ə yaxın binanın dam örtüyü yenilənib.

 

Elnur Vahidoğlu