• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 05.06.2022 19:16

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Fərrux Hüseynov, Rəvan Məlikov, Elnur Abışov, Fərid Məmmədov və  Murad Yunusovun xatirəsinə həsr olunan anım mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar.Sonda şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.