• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2392
— 04.06.2022 20:30

Zirvə nərdivanının 29-cu pilləsində

KepezTV Player

Bu gün bizim günümüzdür, yəni siz tamaşaçıların doğma televiziyası olan Kəpəz TV-nin. 29 yaşımız tamam olur. Bizim tarix 29 il bundan əvvəl başladı. Gəncədən yayımlanmaqla regionların səsi olduq, ilk müstəqil və regional televiziya adını qazandıq, bizim uğurlu başlanğıcdan müvəffəqiyyətə qədər qət edilən yolumuz, dəqiq hədəfimiz və vahid məqsədimiz var. Zirvəyə gedən yolda gücümüz, professionallıq və təcrübəmiz maneələri dəf etməyə imkan verdi. Etdiyimiz yeniliklər uğurun təsadüfən qazanılmadığını göstərir. Bu gün də dayanmadan çalışaraq hər şeyi olduğu kimi təqdim edirik. Elə 29 illik tarixi də siz tamaşaçılarla birgə yazdıq.

Gəncədə fəaliyyət göstərən "Kəpəz Müstəqil Teleradio Şirkəti" öz fəaliyyətində jurnalistikanın operativlik, dürüstlük, qərəzsizlik prinsiplərini əsas tutaraq daim öz auditoriyasına ən son, dolğun və doğru məlumatları çatdırır. Tamaşaçıların bilgiləndirilməsi, maarifləndirilməsi üçün müxtəlif layihələr ərsəyə gətirir. Komanda işi ortaya qoyularaq Kəpəz-in minlərlə izləyicisinin görmək istədiyini təqdim etməyə çalışırıq. Buna nə qədər nail olduğumuz isə tamaşaçıların münasibətlərində özünü biruzə verir. Hazırladığımız xəbərlər buraxılışlarından tutmuş təqdim etdiyimiz müxtəlif səpkili verlişlərədək biz baş verənləri təhrifə yol verməddən, olduğu kimi göstəririk. Çünki bizim ali amalımız tamaşaçıların etibarını və etimadını qazanaq, Zirvənin fəthinə gedən yolda ən böyük fateh olmaqdır. Bu yolda müxbir, redaktor, operator, montajçı, prodüser, aparıcı, texniki işçi, yəni bütün kollektiv komanda işi ortaya qoyaraq ekranlarınızın qonağı olur. Ötən 29 ildə peşəkarlığımız, avadanlıqlarımız, yayım keyfiyyətimiz dəyişsə də, sözümüzün üstündə durmuşuq - tamaşaçı güvənini qazanmaq məramımızı dəyişməmişik. Uşaqdan böyüyə hər kəsin maraq dairəsinə, zövqünə uyğun efir siyasti regional bir telviziya olaraq öz sözümüzü deməyə imkan verir. Kəpəz televiziyasının ən önəmli misyasından biri də gənc kadrlara yer verilməsidir. Bu da şirkət olaraq gənclər siyasətini dəstəklədiyimizi bir daha göstərir. Bu istiqamətdə ASAN Xidmət-lə reallaşan əməkdaşlıq, Gəncədəki xidmət mərkəzlərində könüllü olanların işçi kimi kolletivin sıralarına daxil edilməsi xüsusi yer tutur.

ASAN-la əlaqələr tək kadr mübadiləsi çərçivəsində deyil. Eləcə də birgə reallaşdırılan “4 aprel” və “Ömrə müqabil müstəqillik” filmlərinin ərsəyə gətirilməsi, ASAN Xidmət əməkdaşlarının televiziyaya tanışlıq xarakterli səfərləri, bu yaxınlarda televiziya rəhbərliyinin 2 saylı Gəncə “ASAN” Xidmət Mərkəzində cari və məzun könüllülərlə reallşan görüşü həm həyata vəsiqə alan birgə layihələrdən danışmaq, həm də əməkdaşlığın dərinləşməsi baxımından əlamədarlığı ilə fərqlənir.

Kəpəz teleradio şirkətində mən anlayışı yoxdur, biz varıq. Biz demişkən, 2013-cü ildən fəaliyyət göstərən Kəpəz FM radiosunu da qeyd etməmək olmaz. Çoxsaylı dinləyicilərini ən hit, ən zövqlü musiqilərlə sevindirən regionun lider FM kanalı gün ərzində təqdim edilən xəbər buraxılışı ilə də dinləyiciləri baş verənlərdən hali edir.

29 yaşlı Kəpəz televiziyası fəaliyyətinin daha 1 ilini də arxada qoyur. 30 illik yubileyə doğru efirimizin aydın, tamaşaçımızın bol, işlərimizin rəvan olması diləyi ilə...