• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 04.06.2022 16:08

Gəncədə narkotik satan və alan şəxslər

KepezTV Player

Mayın 25-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə almaq istəyən Samiq Ağayev və həmin narkotik vasitəni satmaqda şübhəli bilinən Razi Alışov saxlanılıb. DİN-nin təqdim etdiyi istintaq çəkilişində Samiq Ağayevdən Razi Alışovun satdığı “metamfetamin”, Razi Alışovdan isə Samiq Ağayevin verdiyi 25 manat pulun maddi sübut kimi götürlməsi açıq-aydın görünür. Bundan başqa istintaq hərəkəti zamanı saxlanılan şəxslər hüquq müdafiəçilərinin iştirakı ilə sərbəst şəkildə ifadə verir və bu ifadələrində narkotik alqı-satqısını heç bir psixoloji və fiziki təsir olmadan təsdiq edirlər.

Bundan başqa Razi Alışova məxsus mobil telefona baxış keçirilən zaman ona narkotik maddənin Bakıdan göndərilməsi də müyyən olunub. Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə həmin şəxs –Vüqar Cəfərov Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Vüqar Cəfərov da hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə verdiyi ifadədə narkotik vasitəni onlayn yolla İran vətəndaşından aldığını və satmaq üçün Gəncə şəhərinə yəni Raziy Alışova göndərdiyini bildirir. Bütün bu sübutları inkar edərək bir narkotik satan şəxsi qınamaq əvəzinə onu müdafiə edənlər bilməlidir ki, kimliyindən və sosial mövqeyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir və narkotik satanı müdafiə etməklə ən azından mənəvi olaraq həmin şəxslə əlbir olurlar.