• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1751
— 04.06.2022 16:02

Kanadalı jurnalistlər Gəncədə erməni vəhşiliyinin şahidi olub

KepezTV Player

Kanadan olan bir qrup media nümyəndəsi Gəncəyə səfər ediblər. Qonaqlar Ermənistan Silahlı qüvvələrinin raket hücumuna məruz qalan ərazidə olublar. Burada terror zamanı həyatını itirənlərin xatirəsi yad edilərək ərazidə yaradılan guşənin önünə tər qərənfillər düzülüb. Daha sonra jurnalistlər raket zərbəsi nəticəsində dağılan ərazini ziyarət ediblər. Onlara müharibə dövründə Gəncədə baş verən erməni terrorları haqda məlumat verilib, bunun sonucunda uşaq, qadın, yaşlılar da daxil olmaqla 26 nəfər dinc sakinin dünyasını dəyişdiyi bildirilib. Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində təşkil edilib.

Toni Ruprext - Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri: Erməni terrorunu görmək üçün gəlmişik. Burada gördüklərimizdən dəhşətə gəldik. Bu insanlığa sığmayan bir əməldir. Burada mülki insanların dünyasını itirməsi çox pis haldır. Azərbaycan 44 günlük müharibədə qalib oldu və və bizim buna şübhəmiz yoxdur. Azərbaycanın dəmir yumruğu var idi ki, daha çox ərazini işğaldan azad etsin. Lakin ölkəniz müharibəni dayandırmağı və sülhü təmin etməyi seçdi. Bu addımdan dünyanın bütün ölkələri örnək götürməlidir.