• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 04.06.2022 15:57

1700 abutiriyent 150-si imtahana gəlmədi

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan Gəncədə daxil olmaqla 15 şəhər və rayonda təşkil edilib. Gəncədə qəbul imtahanı 7 binada keçirilib. İştirak üçün 1700 abutiriyent qeydiyyatdan keçsə də onlardan təxminən 150 nəfərə yaxını imtahanda iştirak etməyib. 21 imtahan rəhbəri və 227 zal nəzarətçisi imtahanların gedişatını izləyib. İmtahanda abituriyentlər 3 saat ərzində təqdim olunan sualları cavablandırıb. 

Vüqar Süleymanov - abituriyent: Yazıla biləcək suallar idi normal keçdi. Riyaziyyat fənni çətin idi, fizika asan idi.
Sənan Məmmədov -  abituriyent: İmtahan qaydasın da idi, normal keçdi. Çətinliklər də oldu. Kimya fənni çətin idi. Ümidvaram 10 sualı rahat düz yazmışam.
Tahir Nağıyev - abituriyent: Açıq suallar daha çətin idi. Qapalı suallar da nisbətən normal idi.
Nəsimi Məmmədov - ümumi imtahan rəhbəri: Ümumi imtahan prosesləri buraxılış rejimləri başa çatdıqdan sonra bütün imtahan Dövlət İmtahan Mərkəzində mərkəzi qərargah yaradılmışdı. Hər bir imtahanın gedişatı ilə bağlı qərargahla əlaqə saxlanılır. İmtahanda iştirak edən və etmiyən abutiriyentlər, buraxılan və buraxılmayanlar barədə qərargaha məlumatlar verilir. Olduğumuz 22 saylı orta məktəbdə 252 nəfər abutiriyent qeydiyyatdan keçmişdi ki, bunlardan da 32 nəfər imtahanda iştirak etməmişdi.