• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2367
— 04.06.2022 15:42

Melioratorlar peşə bayramını qeyd edib

KepezTV Player

“Meliorator günü” münasibətilə Göygöl Suvarma Sistemləri İdarəsinin əməkdaşları Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanı ziyarət ediblər. Bayram tədbirində rayon ərazisində 12510 hektar əkin sahəsinin İdarə tərəfindən suvarma suyu ilə təmin edildiyi vurğulanıb. Balansda olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyəti məqsədilə 700 min kubmetr lildən təmizlənmə işinin görüldüyü xatırladılıb. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcraları mexanizmlə təmizlənib. 50 ədəd hidrotexniki qurğu, 30 ədəd hidropost cari təmir edilib. Əsaslı təmir işləri çərçivəsində Xanarx magistral kanalının 2,1 kilometr hissəsi beton üzlüyə alınıb. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, 1750 hektar əkin sahəsinin suvarılması təmin edilib. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq əhalinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 6 subartezian quyusunun qazılmasına start verilib. Gəncəçayın üzərində yerləşən platina qurğusunda da təmir-bərpa işləri aparılıb. Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı ilə əlaqədar olaraq işində fərqlənən əməkdaşlara fəxri fərman və hədiyyələr təqdim edilib.