• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 01.06.2022 15:28

"Şən startlar" idman oyunları təşkil edilib

KepezTV Player

Gəncədə Heydər Əliyev Park Kompleksində yerləşən amfiteatrda 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan Şən startlar adlı idman oyunları keçirilib. Orta məktəblərdə çalışan fiziki tərbiyə müəllimlərinin təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə baş tutan yarışın rəsmi açılış mərasiminin ardından azyaşlılar milli musiqi sədaları altında rəqs nömrələri nümayiş etdiriblər. Şən startlar oyunlarında məktəblilər, şəhid övladları və fiziki məhdudiyyətli uşaqlardan ibarət 4 komanda mübarizə aparıb. Mavi, qırmızı, yaşıl və qara rənglərə bölünən kollektivlər müxtəlif maneələrdən ibarət estafet yarışlarında qüvvələrini sınayıblar. Sonda qalib və mükafatçılar simvolik kubokla təltif ediliblər.