• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 31.05.2022 20:32

“Narkomaniyaya yox deyək” mövzusunda məktəblilərlə görüş

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” devizi altında daha bir maarifləndirici tədbir təşkil edilib. Bu dəfə 41 nömrəli tam orta məktəbdə 1-ci polis şöbəsinin rəisi Knyaz Həsənov məktəblilərlə bir araya gəlib. Şöbə rəisi çıxışında narkotik maddələrdən istifadənin doğura biləcəyi fəsadlar haqda şagirdləri məlumatlandırıb, ölkəmizdə eləcə də Gəncədə narkomaniyayla mübarizədə bütün təhsil müəssisələrində bu cür tədbirlərin keçirildiyi və maarifləndirmə işlərinin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyinə diqqət çəkib. Belə təbliğat xarakterli söhbətlər əsrin bəlası sayılan narkomaniyadan yeniyetmə və gənc nəsli qorumaq baxımından vacib əhəmiyyətə malikdir.