• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 31.05.2022 20:30

Diplomatlar Kəlbəcərdə olublar

KepezTV Player

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər ediblər. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edib. Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin bərpası işləri ilə tanış olublar. Qonaqlara tunelin bərpa prosesi, eləcə də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi barədə məlumat verilib. "Tunel qırğını" baş verən ərazidə insanlığa sığmayan cinayətdən danışılıb. Ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə məlumat verilib ."Tunel qırğını" şahidləri ərazidə ermənilərin törətdiyi faciə barədə danışıblar.

Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə, həmçinin İstisu qəsəbəsində İstisu mineral bulaqları ilə tanışlıq olub.