• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 31.05.2022 12:59

Gəncədə narkotik satan və alan şəxslər şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Həmin şəxslərdən “heroin”, “metamfetamin” və “tiryək” aşkar olunaraq götürülüb. Baş İdarənin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri məliyyat-axtarış tədbirləri nəticəsində Rasim Qasımov, Samiq Ağayev və ona narkotik maddəni satan Razi Alışov yaxalanıb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə Elmar Orucov, Fuad Yaqubov və ona narkotik maddəni satan Elvin Məmmədov saxlanılıb.