• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 30.05.2022 16:21

Məlumatlandırıcı seminar keçirilib

KepezTV Player

Gəncədə “Sığınacağa dair müraciətlərin istiqamətləndirmə mexanizmləri” mövzusunda regional seminar keçirilib. Tədbir Şəhər İcra Hakimiyyətinin dəstəyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Ölkənin qərb sərhəd rayonlarında fəaliyyət göstərən Dövlət Sərhəd Xidmətinin və digər hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etdikləri seminarda sığınacaq və miqrasiya məsələləri ilə məşğul olan və ölkənin sərhədyanı rayonlarında işləyən müvafiq dövlət məmurlarının bilik, bacarıq və təcrübələrini daha da inkişaf etdirmək mövzusunda müzakirələr aparılıb.