• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 28.05.2022 12:05

Əfv sərəncamı icra edilir

KepezTV Player

Prezident İlham Əliyevin dünən imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb. Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 167 nəfər cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilən 3 nəfər cəzadan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən 6 nəfər isə cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də əfv olunanlardan 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncədə kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.