• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 26.05.2022 17:23

Bakı Dünya Kubokuna hazırdır

KepezTV Player

Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək. Bu yarış ilk dəfə olaraq yeni qaydalarla təşkil olunacaq. Mayın 28-dən iyunun 7-dək olan müddəti əhatə edəcək mundiala maraq olduqca böyükdür. Artıq turnirlə bağlı təşkilati işlər başa çatıb.
Abdulla Əl Hamdi - Dünya Kubokunun texniki nümayəndəsi: Yarışla bağlı təşkilati işlər yüksək səviyyədədir. Dünya kubokunun Azərbaycanda keçirilməsi  2 il əvvəldən nəzərdə tutulurdu. Ancaq koronavirus pandemiyası səbəbindən planlarımız baş tutmadı. Bununla belə, bu yarışı Bakıda keçirə bilirik. Dünya kubokunun keçiriləcəyi məkan standartlara uyğundur. Burada müxtəlif atıcılığın bir neçə növü üzrə yarışların keçirilməsi üçün 5 atış meydançası var. Bu da imkan verir ki, bizim problemimiz olmasın. Texniki baxımdan da hər şey yolundadır. Biz əminik ki, Azərbaycan turniri uğurla təşkil edəcək.