• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 26.05.2022 14:37

Bərdədə kişi arvadını güllələyərək öldürüb

KepezTV Player

Mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.