• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 24.05.2022 20:30

Şamaxı 2023-cü il üçün Türk dövlətlərinin turizm paytaxtı elan edilib

KepezTV Player

Türk dünyası Təşkilatının Turizm nazirləri Şamaxıda görüşüb.Qədim Şamaxı 2023-cü ilin turizm paytaxtı elan edilib. Türk dünyası Təşkilatının Turizm nazirlərinin iştirak etdiyi iclasda əsas diqqət “Müasir İpək Yolu” turizm marşrutunun inkişaf etdirilməsinə yönəldilib. Ölkələrimiz arasında qarşılıqlı təbliğat işinin gücləndirilməsi vurğulanıb.Bundan başqa, rəsmilər qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində müzakirələr aparıblar.

Kənan Quluzadə Dövlət Turizm Agentliyi sədrinin müşaviri:Təşkilata daxil olan dövlətlərin daxili turizminin təşkil edilməsi üzərində düşünürük. Yəni ki Qazaxıstandan daha çox Azərbaycana gəlsinlər, Azərbaycandan Türkiyəyə, Türkiyədən Özbəkistana və s. Həmdəki digər ölkələrdən yəni daha geniş coğrafiyadan bizim bölgəmizə səfər edən insanların sayı artsın. Post pandemiya dövründə rəqabət artıb və biz bir təşkilat olaraq bu rəqabət şəraitində yeni məhsullarnan çıxış etmək istəyirik.

Mirvahid Azimov Türk Dövlətləri Təşkilatının baş katibinin müavini:Bugün təsdiq olunmuş qərara əsasən, 2023-cü il üçün Şamaxı Türk Dünyasının Turizm paytaxtı sayılacaq. Bundan başqa Azərbaycan tərəfinin təklifinə əsasən, biz Türk Ölkələrinin ən yaxşı kəndi layihəsini ərsəyə gətirəcəyik. Bu, həqiqətən də zamanında verilmiş çox vacib və mühüm bir təklifdir. Fikirləşirəm ki, bu, türk dünyasında kənd yerlərinin inkişafına səbəb olacaq.

Kənan Qasımov Dövlət Turizm Agentliyinin aparat rəhbəri:Hesab edirik ki, artıq turizm şəhərlərdən kəndlərə doğru keçir. Etno turizm daha da populyarlaşır dünyada və bu baxımdan Azərbaycan tərəfindən verilən təşəbbüsün digər dövlətlər tərəfindən dəstəklənməsi bizi çox sevindirir və növbəti illərdə ən yaxşı Turizm kəndi nominasiyasında görüləcək işlər hesab edirik ki, kifayət qədər maraqla qarşılanacaq.