• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1972
— 23.05.2022 19:52

Şəhidin doğum günündə adına olan bulağının açılışı olub

KepezTV Player

Biz Azərbaycan oğullarının şücaətini Vətən müharibəsində yaşından asılı olmayaraq cəbhəyə yollanan qəhrəmanların timsalında daha aydın gördük. Bu gün sizə tanıdacağımız qəhrəman da yaşı kiçik, ancaq ürəyi böyük olan Seymur Abbasovdur. Onun şərəfli ömür

Şəhidin doğum günündə adına olan bulağının açılışı olub)) ((K/A)) Seymur Müşfiq oğlu Abbasov 20 may 2000-ci ildə Göygöl rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. Vətən müharibəsi başladıqda isə IV kurs tələbəsi, "kiçik leytenant" rütbəsi ilə döyüşlərə yollanıb. Bu barədə 20 yaşında şəhadətə ucalan qəhrəmanın doğum günündə adına inşa edilən bulağın açılışında məlumat verilib.

Anası deyir ki, oğlu mədəni və istiqanlı olub, hər zaman böyüklərin hörmətini saxlayıb. Elə döyüşlər gedən dövrdə də narahatçılığı ailəsi ilə bağlı olub, amma hər telefon danışığında qələbənin bizimlə olacağına əmin edib valideynlərini. Abbasovlar ailəsinin yeganə hərbiçi nümayəndəsi olan Seymur bu sahəyə marağı hələ uşaqlıqdan olub.

Seymur Abbasov ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Deyirlər yüksəlişin ən uca zirvəsi şəhidlikdir. Ucaldığınız zirvədən vətənin bütöv, firavan, azad görünməsi, məhz şəhidlərin, qazilərin, müharibə iştirakçılarının əsəridir.