• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 17.05.2022 20:40

Uşaqlar ödənişsiz ingilis dili kurslarından yararlanacaqlar

KepezTV Player

Gəncədə şəhid Hacı Rauf Tədris Mərkəzi tərəfindən "Teach and Learn" adlı layihəyə başlanılıb. Məqsədi öyrədərək öyrənmək olan layihəyə Gəncə Dövlət Universitetinin sonuncu kurs tələbələri cəlb edilib. Tələbələr ingilis dilini tədris edərək həm bildiklərini praktiki formada möhkəmlədir, həm də öyrədirlər. 3 ay davam edən layihəyə 30-a yaxın tələbə, 5 psixoloq və 1 loqoped cəlb olunub. Layihədən şəhid, qazi, həmçinin aztəminatlı ailələrin övladları, ümumilikdə 150 uşağın yararlanması nəzərdə tutulub.