• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 17.05.2022 20:30

Baş Konsul Azərbaycan - Türkiyə münasibətlərini dəyərləndirib

KepezTV Player

Azərbaycanla Türkiyə arasında əlaqələrin son illər daha da genişlənərək ən yüksək səviyyəyə çatdığı sirr deyil. Tarixi köklərə söykənən bu hal bu gün hər iki dövlət başçısının davam etdirdiyi siyasətin ana xəttini təşkil edir. İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı dövlətlərin qardaşlıqdan daha da irəli getdiyini, artıq birlik nümayiş etdirdiklərinin sübutu kimi dəyərləndirilir.

İmzalanan Şuşa bəyannaməsi, Türkiyə prezidentinin Füzuli hava limanının açılışında iştirakı, Türkiyənin Qarabağın dirçəldilməsinə göstərdiyi dəstək isə heçdə birmənalı qarşılanmır. Buna həm sevinən, həm də qibtə edən ölkələr var.

Müttəfik, strateji tərfdaş, qonşu, dost və qardaş olan Azərbaycan və Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur. Ali səviyyədə reallaşan qarşılıqlı səfərlər isə inkişaf edən münasibətlərə dövlət başçılarının şəxsi töhfəsindən xəbər verir.

Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı dostluq münasibətləri tək ikitəfəli münasibətlərinin inkişafına təkan vermir, həm də türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Türkiyə hər keçən gün bir-birinə daha da yaxınlaşır. Ölkə liderlərin ən yüksək səviyyədə həyata keçirdikləri siyasət bunu şərtləndirir.