• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 16.05.2022 11:19

Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Şəhər sakini Ramil İsgəndərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yollarda intizamsızlıq etməklə ictimai-asayişi nümayişkəranə şəkildə pozması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində tərtib olunan inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ramil İsgəndərov sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.