• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 15.05.2022 19:57

“Bakı Marafonu 2022”

KepezTV Player

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” keçirilib. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə reallaşan marafon bu il fərqli marşrutda təşkil edilib. Belə ki, yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrut xətti 21 kilometr məsafəni əhatə edib.

Əyləncə zonasında istirahət etdikdən sonra iştirakçılar yarışa başlamaq üçün start xəttinə toplaşdılar. Əvvəlcə daun sindromlu gənclər, daha sonra fiziki məhdudiyyətlilər, saat 10:00-da isə digər iştirakçılar küləyə qalib gəlmək uğrunda mübarizəyə başladılar.

Nə isti hava, nə də yolun uzunluğu iştirakçılar arasında ruh düşgünlüyü yaratdı. Şəhərin müxtəlif küçə və prospektlərindən keçməklə Ağ Şəhər, Hərbi Qənimətlər Parkı istiqamətində dövr edərək start götürdükləri yerə qayıtdılar.

Yarış tam başa çatdıqdan sonra nəticələr bir daha nəzərdən keçirildi və məlum oldu ki, fiziki məhdudiyyətli iştirakçılardan bəylər arasında birinci yerə Anar Yusifov, ikinciyə Orxan Adıgözəl, üçüncü yerə isə Tofiq Balayev sahib oldu.

“Bakı Marafonu-2022” -in əsas mükafatçılarından isə birinci yeri Rusiyalı idmançı Rinas Azmedov, ikincini Ömər Alkan, üçüncü yeri isə Vladimir Marçik qazandı.

İlk yerin sahibinə 3 min manat, ikinciyə 2 min, üçüncü yerdə qərarlaşan idmançıya isə min manat məbləğində pul mükafatı təqdim edildi.Tədbir konsert proqramı ilə başa çatdı .