• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 15.05.2022 20:10

Mayın toyla nə əlaqəsi, ya da niyə mayda toy etmirik?

KepezTV Player

Hər kəs çalışır ki, may ayında xeyir işlərdən uzaq olsun. Yəni toy, nişan və digər bu kimi mərasimləri keçirməsin. Bunu xalq arasında inanclarla izah edirlər. Dillərdə mayın uğursuz olduğu barədə bir çox fərziyyələr də dolaşır. Bəzi inanclara görə, bu ayda toyların edilməməsi qədim Romaya gedib çıxır. Bundan başqa, bədnam qonşularımız olan ermənilərdə də belə bir adətin olduğu söylənilir. May ayında məhsul qıtlığı, köhnə qurtarıb, təzə də çıxmayıb fikri sadalanan səbəblər sırasındadır. Bəs əslində mayda niyə belə mərasimlərin olduğunu müşahidə etmirik, bu stereotipdir, cahillikdir, yoxsa dini inancla bağlıdır. Əslini Aişə Rzayeva araşdırıb.

May ayı ağır aydır, uğursuz aydır, deyərək bu ayda toy etməkdən çəkinən kifayət qədər insan var. Bəs səbəb nədir? Bu inanc necə yaranıb? Sakinlərin fikirlərini öyrənək.

May ayında toyların sayının az olması və ya olmaması şadlıq saraylarına olan müraciətlərin sayından da görünür. Əvvəlki aylarda demək olar ki, hər gün dolu olan zallarda may ayı üçün sadecə bir neçə toy üçün planlaşdırılıb.

“May ayı vay ayıdır”, “mayda toy etmək olmaz” ənənəsi getdikcə təsirini itirsə də, bu ay çiçək tökən aydır düşüncəsi ilə mayı uğursuz hesab edib, bu aydan ehtiyat edənlər hələ də var.

Din xadimləri də deyir ki, islam dinində bunun hər hansı izahı yoxdur. Kütləviləşməkdə olan bu tendensiya avamlıqdan, cahillikdən doğur. Mayı ağır ay hesab etmək dində bir ayı o biri aydan üstün tutmaq sayılır.

Bu ənənənin qondarma erməni soyqırımı ilə bağlı yarandığı da deyilir. Ermənilər guya soyqırımında ölənlərinə yas saxladığı müddət aprelin 24-dən başlayaraq bütünlüklə may ayını əhatə etdiyindən belə bir yanaşmanın da formalaşdığı iddialar sırasında yer alır. Amma söyləninlən fikirlərdən belə nəticəyə gəlmək olur ki, "May ayında toy eləmək olmaz" ənənəsi heç bir mənbədə, dində, tarixdə göstərilməyib. Sadəcə "ənənə" olaraq bizim xalqın adətində qalıb. Əslində isə həm yayın, həm də yazın xüsusiyyətlərini özündə birləşdirən may ayında toy etmək əlverişli hesab edilir.

Aişə Rzayeva