• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2426
— 13.05.2022 20:07

27 yaşlı baş rejissor Prezident mükafatçısıdır

KepezTV Player

Haqqında danışacağımız gənc prezident mükafatçısıdır. Özü də bu yaxınlarda mədəniyyətin inkişafındakı xidmətlərinə görə layiq görülüb bu mükafata. Söhbət Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədlidən gedir.

Dövlətin gənclərə böyük meydan verməsinin daha bir təzahürünü ölkə prezidentinin 10 may 2022-ci ildə imzaladığı sərəncamda görmək olar. Gəncə Dövlət Kukla Teatrının gənc baş rejissoru Şamil Məmmdəlinin prezident mükafatına layiq görülməsi bunun bariz nümunəsidir.

 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Aktyor sənəti fakultəsinin Dram və kino aktyorluğu ixtisasını bitirən Şamil Məmmədli 5 ildir ki, teatr sahəsində çalışır.

Rejissor assisenti, daha sonra quruluşçu rejissor kimi fəaliyyət göstərən Şamil Məmmədli 2022-ci ilin martından mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən baş rejissor təyin olunub.

Şamil Məmmədli həmçinin 44 günlük Vətən müharibəsində iştirak edib, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. 27 yaşlı gənc həm səhnə fəaliyyətini, həm də vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.

Gənc baş rejissor xarici və yerli beynəlxalq festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.