• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 12.05.2022 19:37

""Kəpəz"in adının dəyişdirilməsi gündəmdə deyil"

KepezTV Player

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun "Kəpəz"in adının dəyişdirilməsi ilə bağlı verdiyi təklif ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Gəncə futbolunun kuratoru klubun adının Sovet dövründə olduğu kimi "Dinamo" olmasını irəli sürüb. Bu məsələyə münasibət bildirən Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri hazırda bu məsələnin gündəmdə olmadığı deyib. "Əsas məqsədimiz mövsümü yekunlaşdırıb, qısa müddətdə Premyer Liqa üçün komandanı formalaşdırmaqdır. Gəncəlilər, bütün azarkeşlər Gəncə komandasını "Kəpəz" olaraq tanıyır. Azərbaycan Kubokunun sahibi, ölkə çempionudur. Belə başa düşürəm ki, ad dəyişikliyi heç də xoş qarşılanmaz" - deyə klub rəhbəri bildirib.