• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 12.05.2022 15:28

Gəncədə İcra başçısının vətəndaşlarla səyyar görüşü olub

Gəncədə İcra başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti səyyar görüşü 34 nömrəli məktəbdə baş tutub. “Açıq mikrofon” şəraitində keçən görüşdə müraciətlər əsasən işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin dəyişdirilməsi, əlilliyin müəyyən edilməsi, ağacların budanması və suvarılmasına dair olub. Vətəndaşlara bildirilib ki, hazırda Gəncədə 200-dən çox binanın dam örtükləri mərhələli şəkildə yenilənir, şəhərin yaşıllaşdırılması, ağaclara qulluq, o cümlədən təmir-bərpa və təmizlik işləri mütəmadi olaraq həyata keçirilir. Bununla yanaşı, sakinlərə əlilliyin müəyyən olunması üçün qeydiyyat üzrə Ailə Sağlamlıq Mərkəzlərinə, işsizliklə bağlı isə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filiallarına müraciət etmələri tövsiyə olunub. Səsləndirilən müraciətlərin bəzisi yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.