• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 11.05.2022 12:18

Aqrosənaye tullantılarının xammal kimi istifadəsindən danışılıb

KepezTV Player

AMEA Gəncə Bölməsində “Aqrosənaye tullantılarının tədqiqi və təkrar emalı” mövzusunda respublika elmi konfransı keçirilib. Müvafiq sahələrdə əmələ gələn və bilavasitə istifadə edilməyən bu tullantılardan xammal kimi istifadə etməyin mümkünlüyündən danışılıb. Aqrosənaye tullantılarının kompleks emalı, aqrosənaye tullantılarından faydalı komponentlərin alınması, şərab və şirə zavodları tullantılarının təkrar emalı və digər elmi istiqamətlər üzrə istifadəsinin mümkünlüyündən danışılıb. Konfransda təqdim edilən məruzələrin elmi cəhətdən əhəmiyyəti ilə bağlı tapşırıq və tövsiyələr verilib.