• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 10.05.2022 18:02

Xatirələrində Heydər Əliyevi daimi yaşadanlar

KepezTV Player

Ümumilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Gəncəyə 7 dəfə səfər edib. Bu səfərlərdən 5-i müstəqilliik illərinə, 2-si isə ondan əvvəlki dövrə təsadüf edir. Ölkənin ikinci böyük şəhərində olarkən müxtəlif sahələrdən olan insanlarla görüşüb, onlar qarşısında çıxışlar edib. Qarşıdakı sujetdə ulu öndərlə şəxsən görüşən və onun tövsiyələrindən bəhrələnən insanlar Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Azərbaycanın qurucusu olan Heydər Əliyev elmə, təhsilə hər zaman böyük önəm verib. Gəncədə də ekə sahə yoxdur ki, həyata keçirilən işlərdə ulu öndərin birbaşa rolu olmasın. Ümummilli lider AMEA-nın Gəncə bölməsinin açılında iştirakı edib, eləcə də Texnologiya Universitetinin təsis edilməsinə böyük töhvə verib. Nizami yurduna səfərləri zamanı dahi siyasətçi bir sıra elm adamları, alimlərlə bir araya gəlib ki, akademik Fuad Əliyev də belələri sırasındadır.

Heydər Əliyevin Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına da müstəsna töhfələr verib. Elə Gəncəyə səfərlər edərkən ümummilli lider aşkarladığı, gələcəyi ümidverici olanları irəli çəkərək ölkəmizi bu incə sənətdə təbliğində etimad göstərib. Heydər Əliyevin şəxsən Azərbaycan mədəniyyətinə qazandırdığı simaların başında gəncəli xalq artisti Şahnaz Haşımova gəlir.

Ümummilli liderin bir sıra sahələrdə işlərin zamanın tələblərinə uyğun qurulmasında da xidmətləri danılmazdır. Səhiyyə bu sırada öncüllərdən olub. Azərbaycana ən müasir tibbi avadanlıqların gətirilməsi, personalın yeni biliklərə yiyələnməsi, eləcə də bu sahədə infrastruktur layihələrin yerinə yetirilməsi Heydər Əliyev üçün mühüm əhəmiyyət daşıyıb. Gəncə də bu baxımdan istisna təşkil etməyib. Ulu öndər şəhərə hər səfərində tibb işçiləri ilə görüşüb, problemlərlə maraqlanıb.

Heydər Əliyev ölkədə, eyni zamanda Gəncədə idmanın inkişafına xüsusi diqqət yetirib. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyətə başlayan ilk olimpiya idman komplekslərindən biri məhz Nizami yurdunda fəaliyyətə başlayıb və açılışında şəxsən iştirak edib. Həmçinin, ümummilli lider idmançıların uğur qazanmasına böyük dəstək verib, onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışıb.

Ümumiyyətlə, ümumilli lider Heydər Əliyevin regionların, xüsusilə də Gəncənin inkişafında əvəzsiz xidmətləri olub. Bu gün də ölkənin qərb qapısı rolunu oynayan Nizami yurdunda reallaşan layihlərin əkəsriyyətində birabaşa ulu öndərin təməl imzası var.