• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 09.05.2022 19:48

“Gəncəsənət” sərgi-yarmarkası baş tutub

KepezTV Player

Gəncə Urban Mərkəzində baş tutan gəncəsənət incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına xidmət edir. Eləcə də əhalidə sənətkarlıq və incəsənətə olan marağın artırılması, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafı, şəhərin mədəni həyatının canlandırılması burada xüsusi önəm daşıyır.  Sərgi-yarmarkada Gəncə şəhəri və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işləri, həmçinin Gəncə mətbəxinin nümunələri təqdim olunub.