• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2277
— 09.05.2022 19:42

Təhsil işçiləri "Şuşa ilini" qeyd ediblər

KepezTV Player

Goranboy rayon Təhsil şöbəsi tərəfindən rayonun Quşçular kənd tam orta məktəbində Şuşa ilə bağlı tədbir keçirilib. Şəhid ailələri və qazilərin, rayon rəsmilərinin, təhsil işçilərinin, iştirak etdiyi tədbirdə 44 günlük vətən müharibəsinin Azərbaycanın hərb tarixinə ən şanlı səhifə kimi daxil olduğundan danışılıb. 2020-ci il noyabırın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin müharibə gedişinə həlledici təsir göstərdiyi, Zəfər günü kimi tarixə yazıldığı bildirilib. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası kimi dəyərləndirilib. Tədbirdə  orta məktəbin şagirdləri Şuşaya aid şerlər səsləndirib, səhnəciklər də nümayiş etdiriblər.