• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 774
— 09.05.2022 11:58

Göygöldə oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıblar.<br>Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri - Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

Onlar saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil veriliblər.&nbsp;Faktla bağlı araşdırmalar davam etdirilir.