• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 07.05.2022 19:25

Prezident kubokuna yekun vurulub

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası başa çatıb. Son yarış günü Mingəçevir şəhərində reallaşıb.

Suqovuşanda olduğu kimi Mingəçevirdəki yarış da açılış mərasimi ilə başlayıb. Rəsmilər və komandalar, eyni zamanda könüllü gənclərin iştirak etdiyi rəsmi hissədən sonra mübarizələr start götürüb.

Mingəçevir uzun fasilədən sonra növbəti dəfə avarçəkmə üzrə prezident kubokuna ev sahibliyi edir. Amma bu dəfə zəfər çalmış ölkə olaraq bu yarışı təşkil edirik və mübarizələr daha geniş tərkibdə keçirilir.

Yarışın ikinci günündə 3 yaş qrupunda qaliblər müəyyənləşib. İdmançılar akademik avarçəkmə üzrə 500, 1000 və 1500 metr məsafəni uğurla qət etməyə çalışıblar. Prezident kubokunda avarçəkənlər həm tək, həm də cüt yarışlarda finişə birinci çatmaq üçün mübarizə aparıblar.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində yeniyetmə və gənclər arasında keçirilən yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan olan 100-dən artıq idmançı iştirak edib.

Qaliblər müəyyənləşdikdən sonra təltifetmə mərasimində yer tutan avarçəkənlər mükafatlandırılıblar. İkinci yarış günü Azərbaycan komandası 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Ümumi komanda hesabında isə akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin komandasına kubok təqdim olunub.