• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 07.05.2022 16:00

29 ilin məzunları qəhrəman tələbə yoldaşlarını yad ediblər

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universtetinin Aqronomluq fakültəsinin tələbələri 29 ildən sonra bir araya gəliblər. 4 il bir yerdə oxuyan məzunlar tələbə yoldaşları olan Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini də anıblar.

Azərbaycan Dövlət Aqrar Universtetinin Aqronomluq fakültəsinin məzunları əvvəlcə tələbə yoldaşları Milli Qəhrəman İxtiyar Qasımovun şərəfinə ucaldılan abidəni ziyarət ediblər. Abidə önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsini anıblar. Birinci kurs tələbləri ilə görüşlə başlayan tədbirdə milli qəhrəman İxtiyar Qasımovun şərəfli döyüş yoluna nəzər salıblar. Könüllü olaraq cəbhəyə yollanan İxtiyar Qasımov Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il iyunun 14-də düşmənlə təkbaşına döyüşərək 17 ermənini məhv edib və özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdamda küçələrə onun adı verilib.

29 ildən sonra yenidən bir araya gələn məzunlar bundan qürur hissi keçirdiklərini, bu günün onların yaddaışında əbədi yazılacağını bildiriblər.

Məzunlar tələblərin hazırladıqları səhnəciklərə tamaşa edib, onları maraqlandıran sualları cavablandırıblar.

Elnur Vahidoğlu