• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 07.05.2022 16:09

Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb

KepezTV Player

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işləri aparılacaq. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işlərinin aparılması həvalə olunub. Nazirlik bu dövrdə Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin etməlidir.

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə  Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam da imzalayıb. Sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,1 milyon manat ayrılıb.