• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1363
— 07.05.2022 12:13

Kəlbəcərin səhiyyə işçiləri Ulu Öndərin xatirəsini yad ediblər

KepezTV Player

Kəlbəcərin səhiyyə işçilərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə reallaşan tədbirdə ümummilli liderin Azərbaycanda səhiyyənin, tibb elminin inkişafına diqqətindən söz açılıb. Yerli mütəxəssislərin ixtisaslı kadr kimi yetişməsinə, səhiyyə ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına xüsusi önəm verdiyi vurğulanıb. Dahi şəxsiyyətin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdən Azərbaycanın səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirdiyi, bu sahədəki problemlərin həlli yollarını göstərdiyi önə çəkilib. Bu gün də səhiyyənin inkişafı üçün bütün imkanların səfərbər edildiyi, bir sıra dövlət proqramlarının reallaşdırıldığı, dövlət tərəfindən, eləcə də Heydər Əliyev Fondunun xətti ilə layihələrin icra olunduğuna diqqət çəkilib.