• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 06.05.2022 12:22

İstiqlal şairinin yubileyi keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. İstiqlal şairi olan Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən söz açılıb.

Tədbirin Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunduğu vurğulanıb. Təqdim edilən konsert proqramında Əhməd Cavadın şeirlərinə bəstələnən “Çırpınırdın, Qara dəniz”, “Gəncədən gəlirəm”, “Şükriyyə”, “Gəncəm, hey!”, “Can, Azərbaycan”, “Sıravi Əhməd” mahnıları ifa olunub.