• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 05.05.2022 20:02

Azərbaycanla Ermənistan arasında dövlət sərhədindən buraxılış məntəqələri müəyyənləşib

KepezTV Player

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib. Buraxılış məntəqələrinin sayı artırılıb. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Eyvazlı, Qazançı dövlət sərhədindən buraxılış məntəqələri, Füzuli Beynəlxalq Hava Limanında və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi siyahıya əlavə edilib.