• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 05.05.2022 16:02

İstiqlal şairinin yubileyi keçirilib

KepezTV Player

Gəncədə istiqlal şairi Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbir keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə regional mədəniyyət idarəsinin təşəbbüsü ilə keçirilən tədbir Gəncə Dövlət Filarmoniyyasında təşkil edilib. Azərbaycançılıq və türklük ideyasını inkişaf etdirən Əhməd Cavaddan danışmaq Azərbaycan ədəbi mühiti ilə yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Avropa ədəbi mühitindən danışmaq deməkdir. Maarifçi şairin fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədilik yazılıb. 22 yaşından etibarən Əhməd Cavad mətbuatda çalışıb, məqalələri, şeirləri dərc olunub. İstiqlal şairinin 130 illiyini keçirməklə Azərbaycan tarixi və mədəniyyəti üçün eləcə də Azərbaycan milli yaddaşı üçün şərəfli yolu yarımçıq bitən minlərlə Azərbaycan övladlarını yad edilmiş olur. Şairin nəvəsi və nəticəsi tədbirin təşkili üçün öz minnətdarlığını bildirib. Tədbirdə Əhməd Cavadın sözlərinə bəstələnən mahnılar ifa olunub, şerlər səsləndirilib.