• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 04.05.2022 19:46

Gəncəli cüdoçular ölkə birinciliyinə yollanır

KepezTV Player

5-8 may tarixlərində Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək. Yarışda gəncəli idmançılar da iştirak edəcək.

Birinciliyə Mehman Abdullayevin məşq bölməsinin 4 üzvü də yollanacaq. Bunlar 73 kq çəki dərəcəsində Babək Sadıqovla İlyas Ələkbərov, 66 kq-da Fəxri Həsənov və 55-kqda Ruslan Kərimlidir. Yeniyetmələr məşqçi ölkə birinciliyinə ciddi hazırlaşıblar və doğma şəhərə medalla qayıtmağı hədəfləyirlər.

Hər bir məşqçi üzərində əziyyəti olduğu yetirməsinin yarışlarda uğur qazanmasını arzulayır. Cüdoçuların yarışa səylə hazırlaşdıqlarını deyən məşqçi Mehman Abdullayev də ölkə birinciliyində cüdoçuların yaxşı nəticə əldə etməsini istəyir.

Çalışdırıcı yeni fəaliyyətə başlayan məşq zalından valideynlərə çağırış da edib.

Mehman Abdullayevin yetirmələri bir sıra yerli səviyyəli yarışların qalib və mükafatçıları olublar. Məşq bölməsində 40-dan çox uşaq və yeniyetmə cüdonun sirlərini öyrənir.