• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 04.05.2022 19:30

Sənədli filmin təqdimatı olub

KepezTV Player

Vətən yolunda canından keçən qəhrəmanlarımızın yaşadılması, onların xatirəsinin əziz tutulması hər birimizin vəzifə borcudur. Alı Musatafayev də belə unudulmaz qəhrəmanlarımızdan biridir. Ağstafa Rayon Heydər Əliyev Mərkəzində Milli Kino Mərkəzi və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 70 illiyinə həsr olunan tədbir keçirilib. Milli Qəhrəmanımız haqqında çəkilən sənədli filmin nümayişi olub.

Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazaxın Qazaxbəyli kəndində dünyaya göz açıb. Milli Qəhrəmanımızın anadan olmasından 70 il keçir. Onun həyatı və jurnalist kimi fəaliyyəti gənc nəsillər üçün bir nümunədir. Alı Mustafayevin həmkəndlisi el şairi Yasin Cavan Ağstafa Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə qəhrəmanımız haqqında xatirələrindən danışdı və ona həsr etdiyi şeirini söylədi.

Kəmalə Musazadə kinorejissor: Mən beş il öncə Alı Mustafayevin 65 illiyi münasibətiylə Mədəniyyət nazirliyinin kinomotoqrafiya  şöbəsi tərəfindən Alı zirvəsi sənədli film çəkmişdim, o film nümayiş olunacaq və bildiyimiz kimi Alı həmdə şairdi. Alının yaradıcılığınnan Aqstafanın şagirdləri gözəl bir kompazisiya hazırlıyıblar. Milli kino mərkəzi hər zaman şəhidlərin xatirəsini əbədiləşdirməy üçün kompleks şəklində layhə şəkilində tədbirlər keçirilir və bugünnən sonra sabah Yevlax televiziyasında qeyd olunacaq sonra Gəncədə qeyd olunacaqdı.

Daha sonra kinorejissor Kamalə Musazadə çəkdiyi "Alı zirvəsi" sənədli filmi tədbir iştirkaçılarına nümayiş etdirildi. Kinorrejissor gələcək planlarından da danışdı.

Kəmalə Musazadə kinorejissor:Təkcə bu film yox ümumiyətlə milli qəhramanlar haqqında mədəniyyət nazirliyinin tərəfinnən salnamə studiyası tərəfinnən yüzdən çox sənədli filimlər çəkilibdi. Növbəti filimi çəkmək üçün mən yenə Aqstafaya Qazaxa gələcəm vətən müharibəsinin qəhramanı Azər Yusiflidən film çəkəcəm və Qazaxın 52 şəhidi haqqında yeni bir böyük lahiyəyə başlıyacam.

Milli Qəhrəman Alı Mustafayevin bacısı Bəsdi Yaqubova həm filmə görə, həm də tədbirə təşrif buyuran insanlara təşəkkürünü bildirdi.

Maral Mustafayeva Milli Qəhrəmanın bacısı:Bu gün mən qürur duyuram qardaşımla belə bir möhtəşəm Heydər Əliyev mərkəzində onun 70 illiy yubileyi qeyd olunur. Sevinirəm ki Alının 70 illiy yubileyi qələbimizdən sonra sanki bizim ürəyimizdən bir tikan çıxartdı, öz prezdentimizə təşəkkür edirik belə qələbəni bizə nəsib elədiki şəhid ailələrinin sanki ürəyinə su səpildi.

Sonra Ağstafa şəhər 1 nömrəli orta məktəbin şagirdləri Alı Mustafayevin şeirlərindən ibarət kompozisiya nümayiş etdirdilər. Ağstafalı aşıqları onun şeirlərini ifa etdilər.

Bəhruz Musayev