• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 04.05.2022 19:17

İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödənilib

KepezTV Player

İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin - 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənib. 4233 nəfərin hər birinə də 750 manat məbləğində birdəfəlik maddi yardımın ödənişini həyata keçirilib. 4314 nəfər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımla təmin edilib.