• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 04.05.2022 19:10

I siniflərə qəbulla bağlı 3 mərkəz yaradılıb

KepezTV Player

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. İnternet resurslarına çıxış imkanı olmayan valideynlərə iş günləri ərzində saat 10:00-dan 16:00-dək Gəncə təhsil idarəsində, eləcə də şəhərin 14 və 25 nömrəli tam orta məktəblərində  yaradılan işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək. Vətəndaşlar “WhatsApp” nömrələri vasitəsilə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər. Elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.