• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 04.05.2022 13:15

Kosmik turistləri daşıyan Crew Dragon qayıdıb

Kosmik turistlərdən ibarət ekipajı daşıyan SpaceX-in Crew Dragon gəmisi iki həftədən çox müddətdən sonra bazar ertəsi Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıdıb.

Bildirir ki, qayıdış "Axiom Space" şirkətinin saytında canlı yayımda nümayiş etdirilib. ABŞ-ın şərq sahili vaxtı ilə saat 13:00-da aparat atmosferin sıx təbəqələrinə daxil olub, bir neçə dəqiqədən sonra onun əsas paraşütləri buraxılıb. Daha sonra aparıcı Crew Dragon-un Atlantik Okeana endiyini təsdiqləyib. Missiya BKS-ə aprelin 8-də yola düşüb. Ekipaj üzvləri təxminən 10 gün orada qalmalı idilər, lakin Florida sahillərindəki əlverişsiz hava şəraiti okeanda ekipajı götürməyə mane ola biləcəyi səbəbindən qayıdış bir neçə dəfə təxirə salınmalı oldu. Bu səbəbdən ekipaj kosmosda təxminən 15 sutka qalmalı oldu.