• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 04.05.2022 12:53

Suqovuşanda keçiriləcək beynəlxalq yarışın ilk qonaqları Bakıya gəliblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatasının başlamasına 2 gün qalıb. Artıq iştirakçı ölkələrdən Özbəkistan komandası Bakıya gəlib. Azərbaycan paytaxtına təşrif buyuran qonaqlar Hava Limanında böyük coşqu ilə qarşılanıb. Özbəkistan "Prezident kuboku"nda 5 idmançı ilə mübarizə aparacaq. Yarış 2 gün davam edəcək. Reqata mayın 6-sı Suqovuşanda start götürəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə mübarizə aparacaqlar.