• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 03.05.2022 19:41

Tovuzlular elitaya can atırlar

KepezTV Player

komandanın iştirakı gözlənilir. Elitada mübarizəyə qoşulacaq yeni iki kollektivin bölgələri təmsil edəcəyi deyilir. Bu komandaların adları rəsmi olaraq açıqlanmasa da, iki namizəddən birinin Turan Tovuz olacağı şübhə doğurmur. Ölkənin ən qədim futbol diyarlarından olan bu rayonun komandasının tezliklə premyerliqada iştirakını vəzifəsindən, peşəsindən, yaşından asılı olmayaraq hər kəs arzulayır.

Azərbaycan futbolu deyiləndə ilk ağıla gələn bölgələrdən biri Tovuz olur. Çünki bu rayonda futbolun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Bu idman növünün təməlini bu regionda almanlar qoyub və məhz ilk əyalət futbol klubu “Rothe Fahne” də Tovuzda yaranıb. Varislərinin ənənələrini isə müstəqillik dövründə Turan davam etdirib. 1 dəfə ölkə çempionu, 1 gümüş və 2 bürünc mükafata yiyələnən komanda Azərbaycanı Avropa kuboklarında da ilk dəfə təmsil edib. Ölkə futboluna bir çox tanınmış simalar bəxş edən rayonun Turan klubu uzun illərdi elitadan kənarda qalsa da, boz qurdların gələn mövsümdən premyerliqaya dönmə ehtimalı böyükdür. AFFA-nın çempionatda komanda sayını artırması, üstəlik yeni kollektivlərin regionlardan olmasını açıqlaması tovuzluları ümidləndirib. Təbii ki, bu qərara ən çox azarkeşlər sevinib və komandalarının gələn mövsümdən premyerliqada çıxış etməsini gözləyirlər.

Fanatlar qədər Tovuz futbolunun uğurları üçün uzun illər tər tökən veteran futbolçular da klubu elitada görmək arzusundadılar. Azərbaycan futbolunu Tovuzsuz təsəvvür etməyən mütəxəssislər komandanın premyerliqaya qayıdacağı təqdirdə həm də bölgə futbolunun daha da inkişaf edəcəyini düşünürlər.

Elitada çıxış etmək üçün şəraitini yaxşılaşdıran klubun stadionunda yenidənqurma işləri aparılıb, futbol akademiyası fəaliyyətə başlayıb və 9 yaş qrupu üzrə komandalar mövcuddur. Bu komandalara müvafiq kateqoriyalı məşqçilər başçılıq edir. Premyerliqada iştirak üçün lisenziyalaşdırma qaydalarına uyğun olaraq Turan Tovuz bütün sənədləri AFFA-ya təqdim edib.

Tovuz komandası sonuncu dəfə 2012-2013 mövsümündə premyerliqada təmsil olunub. 9 illik fasilədən sonra qərb təmsilçisi yenidən elitaya qayıdaraq əvvəlki kimi ölkə futboluna rəng qatmaq istəyir.